Yaponiya maliyyə institutunda sistem nasazlığı 1,2 milyon pul köçürməsini gecikdirdi
Yaponiyada “JP Post Bank”da sistem nasazlığı səbəbindən 1,2 milyon pul köçürməsində gecikmələr olub.
“JP Post Bank” maliyyə qurumunun açıqlamasına görə, bankda sistem nasazlığı səbəbindən 1,2 milyon pul köçürməsində gecikmə yaranıb.
Yerli vaxtla səhər saat 08.40-da başlayan sistem nasazlığının gecə yarısına qədər davam etdiyi bildirilib.
Kiberhücum ehtimalına dair heç bir dəlil olmadığı bildirilsə də, nasazlıq səbəbindən pul köçürməsində problem yaşayan müştərilərdən üzr istənilib.
Açıqlamada "Japan Post Bank, "Problemin təsiri qiymətləndirilir və müştərilərimizin itkilərinə cavab vermək üçün əlimizdən gələni edəcəyik" ifadələri qeyd edilib.
Qeyd edək ki, keçən ilin oktyabrında da onlayn bankçılıq sistemi müvəqqəti olaraq sıradan çıxdıqda "JP Post Bank" müştərilərinə problemlər yaratmışdı.
2023-cü ilin mart ayına olan məlumata görə, “JP Post Bank”ın ölkə üzrə 23 min filialı və 30 mindən çox bankomatı var.