Almaniyanın müdafiə naziri Kiyevə gəlib


Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya səfərə gəlib.



AFP xəbər verir ki, Pistorius noyabrın 21-də səhər tezdən qatarla Kiyevə gəlib. Almaniya Müdafiə Nazirliyi səfərin məqsədini Berlinin Ukraynaya dəstəyini təsdiqləmək adlandırıb. Səfərin əsas mövzuları Ukrayna əsgərlərinin təlimi və Kiyevə hərbi yardım olacaq.

Pistoriusun günortadan sonra ukraynalı həmkarı Rustem Umerov, eləcə də prezident Volodimir Zelenski ilə danışıqlar aparması planlaşdırılır. Səfər proqramına siyasi danışıqlardan əlavə Müstəqillik Meydanına əklillərin qoyulması, həmçinin Ukrayna hərbi təlim mərkəzinə baş çəkilməsi də daxil edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu