Lukaşenko Belarus hökumətini istefaya göndərməklə hədələyib


Belarus prezidenti Aleksandr Lukaşenko iyunun 22-də öz hökumətini ilin sonunda iqtisadi artımla bağlı proqnozlar özünü doğrultmasa, istefaya göndərəcəyi ilə təhdid edib.


Nazirlər Kabinetində keçirilən iclasda o, baş nazir Roman Qolovçenkoya müraciət edərək, ona xəbərdarlıq edib ki, belə bir qərar qəbul edərsə, inciməsin. "Bu ilin göstəricilərinə cavab verməsəniz birinci - siz və birinci müavin istefa verin" - deyə o bildirib. Dövlət başçısı qeyd edib ki, məmurların gördüyü işlərə görə ordenlər, təltiflər almaq hüququ var və onları yerinə yetirməyiblərsə, kişi kimi davranmalıdırlar.

İyunun 19-da Britaniyanın “The Times” qəzeti ölkəni tərk etməyə məcbur edilən Belarus vətəndaşlarının Belarus lideri Aleksandr Lukaşenkonu devirmək üçün Polşada döyüş təlimi keçirdikləri barədə məqalə dərc edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu