İsveçrə 10 mindən çox ukraynalını qaçqın statusundan məhrum edib


İsveçrə hakimiyyəti 10 mindən çox Ukrayna vətəndaşını qoruyucu S və ya qaçqın statusundan məhrum edib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsveçrənin Miqrasiya üzrə Dövlət Katibliyinin sözçüsü Anne Sezar bildirib. "İnsanlar İsveçrəni tərk etdikləri üçün artıq S statusuna malik deyillər. Onların çoxu yəqin ki, Ukraynaya qayıdıb", - deyə o əlavə edib. Miqrasiya katibliyi 2023-cü ildə S statusu üçün 20,000-23,000 müraciət qəbul etməyi planlaşdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu