Paşinyanın deputatı əsir əsgərlərimizi şərləyir


Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından olan deputatı Narek Kahramanyan Zəngəzur mis-molibden zavodunun işçisinin Ermənistan ərazisinə azıb keçən azərbaycanlı hərbçilərdən biri tərəfindən öldürüldüyünü iddia edir.


Musavat.com xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

Müxbir deputata prokurorluğun bununla bağlı bəyanatını xatırladıb. Orada deyilir ki, azərbaycanlıların qətldə iştirakını inkar etməsi ilə versiyanın lehinə heç bir sübut yoxdur. Lakin erməni deputat dediyindən qalmayıb.

“Xeyr, sübut olacaq. Gəlin, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən cinayətin açılmasını gözləyək”, - deyə Narek Kahramanyan bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu