Dövlət qurumu deputatın şirkətini “qara siyahı”ya salıb


Ermənistanın Dövlət Gəlirləri Komitəsi hakim partiyanın deputatı Xaçatur Sukiasyanın ailəsinə məxsus “Seal Insurance” şirkətinin dövlət satınalmaları prosesində iştirak hüququ olmayan şirkətlər siyahısına salınmasını tələb edib.


Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Ermənistanda dövlət orqanının hakim siyasi qüvvənin deputata qarşı bu cür münasibəti hər kəsdə maraq doğurub.

Xatırladaq ki, ötən ilin sonunda Baş Prokurorluq Xaçatur Sukiasyana məxsus olduğu iddia edilən, İrəvanın mərkəzində yerləşən “Seal Plaza” biznes mərkəzinin özəlləşdirilməsinin qanuniliyini məhkəmədə mübahisələndirmişdi. Həmin bina “Grzo Plaza” şirkətinə məxsus olub”,- deyə məlumatda qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu