Erməni deputatdan etiraf: Azərbaycanlılar oraya danışıqlar aparmağa gəlmişdi...


"Azərbaycanlılarla aramızda danışıqlar olmalı idi, korpus komandiri yerində idi ki, razılıq əldə olunsun, amma danışıqlar olmadı. Təxribatı onlar etdilər".


Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentində jurnalistlərlə söhbətində “GD” fraksiyasından olan deputat Narek Qahramanyan tərəfindən səslənib. Onun iddiasına görə, Ermənistan Müdafiə Nazirliyinin təqdim etdiyi videoda on azərbaycanlının gəldiyini, ermənilərin isə atəş açmadığı görünür.

Lakin bundan sonra maraqlı etiraf gəlir: “Pikap maşını atəş açmadan getdi. Ola bilsin ki, erməni əsgərlər əvvəl danışıqlar aparanların gəldiyini, bəlkə də başqa səbəbdən gəldiklərini düşünüblər. Videonu görmüsünüzsə, o zaman mövqelər arasında təxminən 20 metr məsafə olduğunu görərsiz və bu məsafədən də vurmaq mümkündür.

“Belə çıxır, biz azərbaycanlıların sağlam düşüncəsinə güvənirik”, - deyə erməni jurnalist sual verib. “Biz heç bir halda özümüzdən başqa heç kimin sağlam düşüncəsinə arxalanmırıq. Danışıqlar əvvəllər də aparılıb, dünən də olmalı idi, lakin Azərbaycan tərəfi təxribata əl atıb”, - deyə Qahramanyan müəmmalı cavab verib.

“Azərbaycan danışıqlardan imtina etmədi, zatən sonradan döyüşləri danışıqlar dayandırdı. Lakin həmin anda təxribat baş verdi, atışma başladı və bu, böyük toqquşmaya çevrildi”, - deyə erməni siyasətçi bildirib.

“Azərbaycanlıların məqsədi nədir, Tex kəndini tutmaq istəyirlər?”, - sualına hakim partiyanın deputatı belə cavab verib: “Xeyr, onlar sadəcə olaraq sülh danışıqlarını pozmaq üçün onları təxribat edirlər(?). Onlar da bizi eyni cür ittiham edirlər, amma bütün bunların kimə sərfəli olduğunu başa düşürük”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu