2022-ci ildə Rusiyada istixana tərəvəzlərinin istehsalı 4,46% artıb


Azərbaycanın istilikxana tərəvəzlərinin ixracında Rusiyanın payı 90 faizdən yuxarıdır. Bura xüsusilə pomidor və xiyar aiddir. 2022-ci ildə Azərbaycandan Rusiyaya 161 milyon 595,58 min dollar dəyərində 137 min 586,65 ton pomidor ixrac olunub. Bu, ümumi ixracın 97,3 faizinə bərabərdir. Son illərdə Rusiyada istilikxana təsərrüfatlarının yaradılmasına geniş dövlət dəsrtəyi mexanizmləri işə salınıb.


Belə ki, təkcə 2022-ci ildə Rusiyada istixana tərəvəzlərinin istehsalı rekord həddə çatıb. AFN.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir. "Keçən il qorunan torpaqlarda 1,64 milyon tondan çox məhsul istehsal edilib ki, bu da 2021-ci illə müqayisədə 4,46% çoxdur", - deyə nazirlikdən bildirilib.

İstehsalda ən çox pay Lipetsk, Moskva, Volqoqrad Novosibirsk vilayətləri, Krasnodar və Stavropol diyarları, Başqırdıstan, Tatarıstan və müasir komplekslərin fəaliyyət göstərdiyi və tikildiyi bir sıra digər bölgələrə məxsusdur.

2030-cu ilə qədər yazlıq istixanalarda tərəvəz istehsalının həcminin ən azı 1,8 milyon ton olacağı gözlənilir. Bu sahənin inkişafında dövlət dəstəyi tədbirləri, xüsusən güzəştli investisiya kreditləri və istehlakçıların ilboyu tərəvəz məhsulları ilə təmin edilməsi məsələsinin xüsusilə aktual olduğu Uzaq Şərq regionlarında istixana komplekslərinin tikintisinin subsidiyalaşdırılması üçün xüsusi şərtlər xüsusi rol oynayır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu