Məşhur türk kino aktyoru Cüneyit Arkın vəfat edib
Türkiyəli aktyor Cüneyt Arkın 85 yaşında vəfat edib.
Bu barədə NTV məlumat yayıb.
Əsl adı Fəxrəddin Cüreklibatır olan Cüneyt Arkın 1937-ci ildə Əskişəhərdə anadan olub.
İlk dəfə 1963-cü ildə kinoya çəkilən Cüneyt Arkın indiyə kimi 500-dən çox filmdə rol alıb.
Onun ən məşhur filmləri arasında “Arım, balım, pətəyim”, “Malkoçoğlu”, “Battal Qazi”, “Vətəndaş Rza”, “Mədən”, “Yaralı qurd” və başqa ekran işlərinin adını çəkmək olar.