DİN: İçkilisənsə, sükanı unut!


Daxili İşlər Nazirliyi (DİN) sürücülərə müraciət edib.

AFN xəbər verir ki, bu barədə DİN sosial şəbəkdə məlumat paylaşıb.

Müraciətdə deyilir:

"Sürücülərin nəzərinə!

Əgər spirtli içki qəbul etmisinizsə, heç bir halda avtomobili idarə etməyin. Az miqdarda spirtli içki də sevincinizi kədərə çevirə bilər. Unutmayın ki, sükan arxasında sərxoş vəziyyətdə əyləşməklə özünüzün və başqalarının həyatına qəsd etmiş olursunuz. Sonradan ömür boyu peşmançılıq çəkməkdənsə, bu səhvə yol verməməyə çalışın.

İçkilisənsə, sükanı unut, ayıq olana etibar et, insan həyatı daha önəmlidir!"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu