Dünyada ilk dəfə İrlandiyada spirtli içkilər xəbərdarlıq etiketləri ilə etiketlənəcək


İrlandiya hakimiyyət orqanları butulka və bankaların etiketlərində xəbərdarlıq etiketləri vasitəsilə insanlara alkoqolun təhlükələri barədə məlumat vermək qərarına gəlib.


AFN.az xəbər verir ki, alıcılara yüksək kalorili olması, xərçəng və qaraciyər xəstəlikləri riski, hamilə qadınlar üçün təhlükələri barədə məlumat veriləcək.

The Guardian alkoqollu məhsulların etiketlənməsinin 2026-cı ilin yazından başlayacağını yazıb.

Eyni xəbərdarlıq məlumatları spirtli içkilərin satıldığı və istehlak edildiyi digər yerlərdə də yerləşdiriləcək.

“Bu xəbərdarlıq etiketilə alkoqol istehlakının zərərləri ilə bağlı məlumatı verə biləcəyik. Digər içkilərin və qida məhsullarının qablaşdırılmasında artıq sağlamlıq haqqda məlumatlar var. Bu qanun alkoqollu məhsulların etiketlənməsini mövcud qaydalara uyğunlaşdırır”, - İrlandiyanın səhiyyə naziri Stiven Donelli bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu