Malayziyanın baş naziri Greentech kompleksini ziyarət edib - FOTOLAR




Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Bakını ziyarət edən Malayziyanın Baş naziri Mahathir Bin Mohamad Greentech Müasir İstixana Kompleksinə baş çəkib.



AFN-in xəbərinə görə, qonağı qarşılayan “Azərsun Holdinq”in İdarə Heyətinin üzvü Tahir Gözəl ona burada yetişdirilən məhsullar barədə məlumat verib. O, qonaqlara Greentech istixana kompleksinin açılış mərasiminin 2011-ci ildə ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə həyata keçirildiyini bildirib. Burada yetişdirilən məhsulların keyfiyyətinə nəzarətin bütün “Azərsun Holdinq” müəssisələrində olduğu kimi ən yüksək səviyyədə təmin edildiyi vurğulanıb. Malayziyanın baş nazirinə burada yaradılmış müasir istixana sisteminin dünya standartlarına cavab verdiyi bildirilib. Ziyarət çərçivəsində Tahir Gözəl Mahathir Bin Mohamad və deleqasiya üzvlərini Greentech İstixana Kompleksində yetişdirilən məhsullardan dadmağa dəvət edib. “Azərsun Holdinq”in İdarə Heyətinin üzvü burada müxtəlif növ xiyar, pomidor, badımcan, bibər, və digər tərəvəzlərin yetişdirildiyini və Azərbaycanla bərabər, Rusiya, Qazaxıstan və digər ölkələrə ixrac olunduğunu söyləyib.

Qeyd edək ki, Greentech İstixana Kompleksi Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq insanların işlə təmin olunmasına mühüm töhfə verir, Binə qəsəbəsi və ətraf ərazilərdən olan yüzlərlə sakinin işlə təmin olunmasına şərait yaradır.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu