ABŞ İrandakı hərbi hədəfləri vurmağa başladığını açıqladı



ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrandakı hərbi hədəflərə zərbələr endirməyə başladığını bəyan edib. 

AFN.az xəbər verir ki, CENTCOM sosial media hesabından etdiyi açıqlamada İrana qarşı həyata keçirilən yeni hücumlar barədə məlumat verib.

Bəyanatda ABŞ qüvvələrinin Şərq vaxtı ilə saat 19:00-da İrandakı hərbi hədəfləri vurmağa başladığı bildirilib.

Bu hücumlarla birlikdə ABŞ-nin ard-arda 11-ci gecə İrana zərbələr endirdiyi diqqətə çatdırılan açıqlamada əməliyyatların İranın Hörmüz boğazındakı ticarət gəmilərini təhdid etmə imkanlarını zəiflətmək məqsədi daşıdığı qeyd olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu