Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqlədi



ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına mülki nüvə proqramı təmin etməyi və potensial olaraq uranın zənginləşdirilməsinə şərait yaratmağı nəzərdə tutan sazişi təsdiqlədiyi iddia edilib. 

AFN.az xəbər verir ki, "Wall Street Journal" (WSJ) qəzetinin adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən yaydığı xəbərdə Trampın Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqlədiyi önə sürülüb.

30 il davam edəcək yeni müqavilənin on milyardlarla dollar dəyərində olacağı ehtimalına yer verilən xəbərdə sazişin Səudiyyə Ərəbistanına mülki nüvə proqramı qazandıracağı və ehtimal ki, uranın zənginləşdirilməsinə yol açacağı iddiası yer alıb.

Materialda Səudiyyə Ərəbistanının nüvə infrastrukturunun inkişafında ABŞ şirkətlərinə mərkəzi rol verilməsinin hədəfləndiyi qeyd olunaraq, ABŞ və Səudiyyə Ərəbistanının birgə qiymətləndirməsi nəticəsində zəruri hesab edildiyi təqdirdə Amerika şirkətlərinin bu ölkədə uranın zənginləşdirilməsi obyektini qurmasının da sazişə daxil edildiyi iddia olunub.

Bu şərtin ABŞ-yə Səudiyyə Ərəbistanının nüvə proqramı üzərində təsir imkanı yaradacağı vurğulanan xəbərdə Tramp administrasiyası rəsmilərinə görə bu amilin nüvə proqramının hərbi məqsədlərlə sui-istifadə edilməsinin qarşısını almaq üçün bir yol olduğu müdafiə edilib.

Xəbərdə həmçinin sazişin yaxın günlərdə Konqresə təqdim ediləcəyinin gözlənildiyi bildirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu