SEPAH Küveytə məxsus aviabazalardakı ABŞ radarlarını vurdu
İran İslam İnqilabı Keşikçiləri Korpusu Küveytə məxsus Bubiyan adası və Əli əs-Salem aviabazasındakı ABŞ radarlarının vurulduğunu bildirib.
AFN.az xəbər verir ki, İnqilab Keşikçiləri Korpusu "Nəsr-2" əməliyyatının 24-cü dalğası ilə bağlı bəyanat yayaraq, sözügedən hədəflərin vurulduğunu qeyd edib.
Digər tərəfdən, Küveyt Xarici İşlər Nazirliyi dünən axşam Hörmüz boğazında neft tankerinin hədəf alınmasından sonra İranın Küveytdəki səfiri Məhəmməd Tutuncini nazirliyə çağırıb.
Küveyt Xarici İşlər Nazirliyinin məlumatına görə, İranın Hörmüz boğazından keçən Küveyt neft tankerini vurması nəticəsində heyət üzvlərindən bir neçə nəfər yaralanıb.
nazir müavini Həməd Süleyman əl-Mişan hadisə ilə bağlı İran səfirinə etiraz notası təqdim edib.
