Hindistan şirkətləri İraqdan neft daşınmasını dayandırıb


Hindistanın iki ən böyük neft şirkəti — "Indian Oil Corp." (IOC) və "Oil and Gas Corp." (ONGC) ABŞ və İran arasında hərbi əməliyyatların bərpa olunması və Hörmüz boğazında gəmiçiliyə təhlükələrin artması səbəbindən İraqda xammalın tankerlərə vurulmasını dayandırıb.

AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, IOC "Lila Jamnagar" tankerində 2 milyon barel İraq neftinin vurulmasını dayandırıb, analoji qərar ONGC-yə məxsus iri tutumlu tanker üçün də qəbul edilib. Şirkətlər bu addımı Yaxın Şərqdə gərginliyin eşelonlaşması, Hörmüz boğazında kommersiya gəmiçiliyinə yaranan təhlükələr, nəqliyyat riskləri və sığorta xərclərinin kəskin artması ilə əsaslandırıblar.

Hindistan İraqdan nefti uzunmüddətli müqavilələr əsasında alır və bu sazişlər enerjidaşıyıcılarının daşınmasını alıcının öz üzərinə qoyur. Bir qədər əvvəl Hindistanın Gəmiçilik Nazirliyi yerli şirkətləri Hörmüz boğazından keçən gəmilərə hindistanlı dənizçiləri cəlb etməməyə çağırmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu