ABŞ Trampın tapşırığı ilə Livanla birbaşa uçuşları bərpa edir
ABŞ Prezidenti Donald Tramp ABŞ aviaşirkətlərinin Livana birbaşa uçuşlar həyata keçirməsinə icazə verilməsi barədə tapşırıq verdiyini açıqlayıb.
AFN.az xəbər verir ki, Tramp bu barədə Livan Prezidenti Jozef Avn ilə Vaşinqtonda baş tutan görüşündən sonra sosial media hesabında paylaşım edib.
İki ölkə arasında uçuşlarla bağlı açıqlama verən Tramp ABŞ hava yolu şirkətlərinə birbaşa reyslərin təşkil edilməsinə icazə verdiyini bildirərək digər ölkələrin də analoji addımı atacağına ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, Donald Tramp Livan dövlət başçısı Jozef Avn ilə ABŞ-nin paytaxtı Vaşinqtonda bir araya gəlib.
