Yaxın iki gündə Günəşdə güclü alışmalar gözlənilir


Günəşdə alışma aktivliyinin artması davam edəcək və yaxın iki sutka ərzində ən yüksək — X sinfinə aid alışmaların baş verməsi mümkündür.

AFN.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının (REA) Kosmik Tədqiqatlar İnstitutunun və REA Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Məlumata görə, son 24 saat ərzində Günəşdə 20-yə yaxın alışma qeydə alınıb. Həmçinin çərşənbə günü səhər saatlarında son iki həftənin ən güclü alışması baş verib.

"Alışmaların sayının artmasının davam edəcəyi ehtimal olunur. Bir-iki gün ərzində X səviyyəli hadisələrin baş verməsi mümkündür", — deyə alimlər bildirib.

Mütəxəssislər qeyd edirlər ki, aktivliyin hazırkı artımı hələlik lokal xarakter daşıyır və bu, 4493 nömrəli iri təcrid olunmuş Günəş ləkələri qrupunun təsadüfən formalaşması ilə bağlıdır.

Vurğulanır ki, alışmaların sayının artmasına baxmayaraq, hazırda Günəş aktivliyinin qlobal səviyyəsi aşağı olaraq qalır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu