Cənubi Koreyada 10 min Xarici İşlər Nazirliyi əməkdaşının məlumatlarının sızdırıldığı iddia olunub



Koreya Milli Diplomatiya Akademiyasının (KNDA) onlayn təlim sisteminə təşkil edilən kiberhücumda təqaüddə olan və hazırda çalışan diplomatlar da daxil olmaqla təxminən 10 min əməkdaşın fərdi məlumatlarının sızdırılmış ola biləcəyi irəli sürülüb. 

AFN.az xəbər verir ki, "Yonhap" agentliyinin adı açıqlanmayan Xarici İşlər Nazirliyi rəsmisinə istinadən yaydığı xəbərə görə, qurum 2026-cı ilin fevralında onlayn təlim sisteminə şübhəli girişin təsbit edilməsi barədə məlumatlandırıldıqdan dərhal sonra sistemi bağlayıb.

Nazirlik rəsmisi KNDA-nın sisteminə yönəlmiş kiberhücum nəticəsində mindən çox heyətin məlumatlarının kənar şəxslərin əlinə keçmiş ola biləcəyini vurğulayıb.

Şəxsiyyət və mobil telefon nömrələri, həmçinin ev ünvanları kimi həssas şəxsi məlumatların ələ keçirilməsinə dair hər hansı sübutun olmadığını iddia edən rəsmi şəxs hazırda kiberhücumu həyata keçirənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün lazımi texniki infrastruktura malik olmadıqlarını qeyd edib.

Xarici İşlər Nazirliyinin təmsilçisi xaricdəki haker qruplarının bu işdə əli olması da daxil olmaqla heç bir ehtimalı istisna etmədiklərini və baş verənlərə milli təhlükəsizlik məsələsi kimi yanaşdıqlarını ifadə edib.

Qeyd edək ki, faktla bağlı araşdırmalar davam edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu