Tramp İranla müharibədə 18 ABŞ hərbçisinin həlak olduğunu açıqladı



ABŞ Prezidenti Donald Tramp ABŞ-İsrail ilə İran arasında gedən müharibədə 18 amerikalı hərbçinin öldüyünü bildirib. 

AFN.az xəbər verir ki, Tramp sosial media hesabında etdiyi paylaşımda ABŞ-nin cəlb olunduğu müharibələrə dair məlumatları bölüşüb.

Əfqanıstan, İraq, Vyetnam, Koreya və İran müharibələrindəki itki sayılarını müqayisə edən Tramp "İran hərbi münaqişəsi: 4 ay, 18 ölü" ifadəsini işlədib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın 17 iyulda İordaniyadakı ABŞ bazasını hədəf alan hücumunda 2 hərbçinin həyatını itirdiyini, 1 hərbçinin isə itkin düşdüyünü bəyan etmişdi.

Pentaqon həlak olan 2 hərbçinin şəxsiyyətinin müəyyənləşdirildiyini və hadisə ilə bağlı təhqiqatın davam etdiyini diqqətə çatdırmışdı.

Eyni zamanda CENTCOM 18 iyulda İraqda İranın pilotsuz uçuş aparatına (PUA) aid partlamamış sursatın nəzarətli şəkildə zərərsizləşdirilməsi zamanı 1 hərbçinin həlak olduğunu bildirmişdi.

İraqdakı bu insidentlə birlikdə ABŞ və İsrailin fevral ayında İrana hücumları ilə başlayan müharibədə həlak olduğu açıqlanan ABŞ hərbçilərinin sayı 17-yə yüksəlmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu