Litvada milli məlumat sistemindən 600 mindən çox qeyd oğurlanıb



Litvada milli məlumat arxivindən 600 mindən çox qeydin sızdırıldığı və hadisənin başqa bir ölkə tərəfindən törədilmiş ola biləcəyi ifadə edilib.

AFN.az xəbər verir ki, Şimali Avropada yerləşən 2,9 milyon əhalisi olan Baltikyanı ölkə Litvanın Baş Prokurorluğundan verilən açıqlamaya görə, sızıntı səlahiyyətli qurumların giriş məlumatlarından istifadə edilməklə həyata keçirilib, daşınmaz əmlak və hüquqi şəxslərə aid qeydlərə giriş əldə olunub.

Səlahiyyətlilərin əlavə kibertəhlükəsizlik tədbirləri gördüyü, bu tədbirlər arasında şübhəli məlumat istifadəçilərinin hesablarının bloklanması və identifikasiya məlumatlarının yenilənməsi şərti ilə girişin məhdudlaşdırılmasının yer aldığı bildirilib.

Hadisənin xarici bir dövlət tərəfindən törədilmiş ola biləcəyi ehtimal edilir və bu böyük məlumat sızıntısının ardından Dövlət Reyestr Mərkəzinin rəhbəri Adrius Jusas istefa verib.

Müxalif siyasətçi Laurinas Kasçiunas məlumat sızıntısının Rusiya kəşfiyyatının əməliyyatı ilə bağlı ola biləcəyini iddia etsə də, iddiasını təsdiqləyəcək hər hansı bir sübut təqdim etməyib.

Məlumat sızıntısı ilə bağlı başladılan araşdırmalar davam edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu