İran Hörmüz boğazı ilə bağlı qərarını dəyişdi: Neft daşımalarına yaşıl iş yandırıldı
Birləşmiş Ştatlar və İsrail ilə yaşanan gərginliyin pik həddə çatmasına rəğmən, rəsmi Tehran strateji əhəmiyyətli Hörmüz boğazından neft daşınmasını dayandırmamaq qərarına gəlib.
AFN.az xəbər verir ki, bu barədə məlumatı İranın Ali Məsləhət Şurasının təmsilçisi Möhsün Rezai paylaşıb.
Şura üzvünün sözlərinə görə, ticarət gəmilərinin qeyd olunan su dəhlizi vasitəsilə hərəkətinə maneə yaradılmayacaq. Bununla belə, M.Rezai bu addımın müvəqqəti xarakter daşıdığını və bölgədəki hərbi-siyasi vəziyyətin hələ də son dərəcə riskli olduğunu vurğulayıb.
Xatırladaq ki, dünən Tehran administrasiyası Hörmüz boğazındakı gəmilərə sərt xəbərdarlıq ünvanlamışdı. Həmin xəbərdarlıqda heç bir su nəqliyyat vasitəsinin boğazdan keçidinə icazə verilməyəcəyi bildirilsə də, görünən odur ki, İran rəhbərliyi strateji tranziti davam etdirməyə üstünlük verib.


