İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir


İran İslam Respublikasının əleyhdarlarının hərəkətlərinə cavab olaraq Hörmüz boğazını bağlamağı düşünür.



AFN.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Benham Səidi məlumat verib.



"Hörmüz boğazının bağlanması İran İslam Respublikasının nəzərdən keçirdiyi variantlardan biridir. İranın düşmənləri bilməlidirlər ki, vətənimizi və xalqımızı təhdid etsələr, mütləq sarsıdıcı cavab alacaqlar. Düşmənlərə necə cavab veriləcəyi ilə bağlı qərarlar şərait nəzərə alınmaqla veriləcək", - deyə deputat əlavə edib.



Hörmüz boğazı dünyanın mayeləşdirilmiş təbii qaz tədarükünün 30%-ə qədərini və qlobal neft və neft məhsulları ixracının 20%-ə qədərini həyata keçirir. İran hakimiyyəti dəfələrlə xəbərdarlıq edib ki, milli təhlükəsizliyə təhlükə yaranarsa, Hörmüz boğazında gəmiçiliyi məhdudlaşdıra bilərlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu