Kuşner və Qrinkeviç Cenevrədə Ukrayna üzrə danışıqlarda iştirak edirlər
NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı general Alexus Qrinkeviç və ABŞ prezidenti Donald Trampın qayını Jared Kuşner Cenevrədə Ukraynadakı sülh danışıqlarında iştirak edirlər.
AFN.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Amerikalı nümayəndə heyətinə ABŞ dövlət katibi Marko Rubio rəhbərlik edir. Heyətə həmçinin prezidentin xüsusi nümayəndəsi Stefen Uitkoff, ABŞ Quru Qoşunları naziri Daniel Driskoll, milli təhlükəsizlik üzrə müavin Andy Baker, Dövlət Departamentinin müşaviri Mike Nidham və ABŞ-ın Ukraynadakı işlər vəkili Julie Davis daxildir.
Qeyd edək ki, Aİ liderləri Vaşinqtonun sülh planının bəzi maddələrinə etiraz etdiklərini və planın təkmilləşdirilməsinə ehtiyac olduğunu bildiriblər. "Bild" qəzeti Almaniya hökumətinin ABŞ təşəbbüsündən ciddi narahat olduğunu və diplomatik “əks addımlar” üzərində işlədiyini yazıb.
Sızan məlumatlara görə, yeni plan çərçivəsində ABŞ və bəzi ölkələr Rusiyanın Krım, Donbas və digər ərazilər üzərində suverenliyini tanıyacaq, Ukrayna isə həmin ərazilərdən imtina edəcək. Əvəzində Kiyev ABŞ və Avropadan təhlükəsizlik təminatı alacaq. Ukrayna qoşunlarının çıxarılacağı zonalarda demilitarizasiya edilmiş ərazilər yaradılacaq.
