Tramp və Zelenski ABŞ-ın sülh təşəbbüslərini telefonla müzakirə edəcək


ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında Ukrayna konflikti üzrə yeni ABŞ sülh təşəbbüslərinin müzakirəsi üçün telefon danışığı gələn həftəyə planlaşdırılır.

AFN.az xəbər verir ki, bu barədə "Sky News" mənbələrinə istinadən məlumat yayıb. Danışıqdan əvvəl Zelenskinin bu mövzuda Böyük Britaniya, Fransa, İtaliya və Almaniya liderləri ilə məsləhətləşmələr aparacağı bildirilir.

Mətbuata sızan plana əsasən, ABŞ və digər ölkələr Ukraynanın bəzi ərazilərindən imtina etməsi qarşılığında Rusiya üzərində Krım, Donbas və digər torpaqların suverenliyini tanımalı olacaq. Əvəzində Kiyev ABŞ və Avropa tərəfindən təhlükəsizlik zəmanətləri alacaq. Ukrayna ordusunun çıxarılacağı ərazilərdə demilitarizə olunmuş zona yaradılacaq.

Bəzi nüfuzlu media orqanlarının ABŞ rəsmilərinə istinadla verdiyi məlumata görə, Xerson və Zaporojye bölgələrində tərəflərin təmas xətti dondurulacaq, Rusiya isə Ukraynaya bəzi rayonları qaytaracaq. Ukrayna ordusu əhəmiyyətli dərəcədə azaldılacaq və uzaq məsafəli silahlardan məhrum ediləcək. Ölkə ərazisində xarici qoşunların yerləşdirilməsi qadağan olunacaq, rus dili dövlət dili statusu alacaq. ABŞ-ın yeni planının həmçinin Rusiyaya qarşı sanksiyaların ləğvini nəzərdə tutduğu qeyd edilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu