Rusiya, ABŞ və Ukraynanın Avropada sammitinin keçirilməsi təklif edilir


Qərb ölkələri Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə üçtərəfli sammitin Avropa və ya Yaxın Şərq şəhərlərindən birində keçirilməsini təklif ediblər.



AFN.az xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.



Agentliyin həmsöhbətlərinin sözlərinə görə, bu məsələ çərşənbə günü ABŞ prezidenti Donald Tramp, Avropa ölkələrinin liderləri və Vladimir Zelenskinin iştirakı ilə keçirilən videokonfransda qaldırılıb.



Daha əvvəl Tramp bildirib ki, bu həftə Alyaskada rusiyalı həmkarı ilə görüşü yaxşı keçərsə, Zelenski və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə mümkün qədər tez üçtərəfli sammit keçirəcəyini gözləyir.



Amerikanın "CBS News" telekanalı mənbələrə istinadən bildirib ki, Tramp administrasiyası artıq Rusiya və Ukraynanın iştirakı ilə üçtərəfli sammit üçün mümkün yer axtarır və gələn həftənin sonunda onu təşkil etməyi gözləyir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu