Rubio İstanbula Rusiya-Ukrayna təmaslarından əvvəl gəlib


ABŞ dövlət katibi Marko Rubio bu gün Rusiya və Ukrayna arasında danışıqların, həmçinin ABŞ, Türkiyə və Ukrayna arasında üçtərəfli görüşün planlaşdırıldığı İstanbula gəlib.


AFN.az xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.

Mayın 15-də Rubio NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak etmək üçün Antalyaya səfər edib.

Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrdən verilən məlumata görə, ABŞ, Türkiyə və Ukrayna nümayəndələrinin görüşü saat 10:45-də, Türkiyə-Rusiya-Ukrayna formatında görüş isə saat 12:30-da planlaşdırılır.

Rusiya nümayəndə heyətinə 2022-ci ildə ölkəni danışıqlarda təmsil edən Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Nümayəndə heyətinə həmçinin xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu