Ciddədə Ukrayna-ABŞ danışıqları başlayıb

Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
AFN.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ukrayna tərəfdən görüşdə Zelenskinin ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerov iştirak edir. ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio və milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals başçılıq edir.
Əvvəldən də elan edildiyi kimi, danışıqların mövzularından biri Kiyevin Rusiya ilə münaqişənin sülh yolu ilə həlli istiqamətində addımlar atmağa hazır olması olacaq.
Görüşün mövzuları arasında həmçinin mineral ehtiyatlara dair razılaşma və Amerikanın Ukraynaya silah tədarükünün bərpası ola bilər. Danışıqçılar bağlı qapılar arxasında keçiriləcək müzakirələr öncəsi ictimaiyyətə açıqlama verilməyəcək.