Seneqalda 5-i keçmiş nazir olmaqla 32 nəfərə qarşı Covid-19 araşdırması başladılıb


Seneqalda 5-i keçmiş nazir olmaqla 32 nəfər Covid-19 ilə mübarizə üçün ayrılan dövlət vəsaitindən sui-istifadə etməkdə ittiham olunur.


Dakar Prokurorluğundan verilən açıqlamada keçmiş prezident Maki Sol hökumətində vəzifədə olan 5 keçmiş nazir və 27 nəfərə qarşı 2020-21-ci illərdə Covid-19 ilə mübarizə üçün ayrılan 1 milyard CFA (1,5 milyard avro) dəyərində dövlət vəsaitindən sui-istifadə ittihamı ilə istintaq başladıldığı bildirilib.

Açıqlamada sözügedən nazirlərin adları açıqlanmasa da 27 nəfərin arasında dövlət məmurları ilə yanaşı moda və sənət dünyasının adlarının da olduğu qeyd edilib.

Keçmiş nazirlərlə bağlı dosyelərin baxılmaq üçün Milli Məclisə göndərildiyi və sözügedən adlara qarşı iddia qaldırıb-qaldırmayacağına Ali Ədalət Məhkəməsinin qərar verəcəyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu