Trampın keçmiş vəkilinə qarşı iddia qaldırılıb


ABŞ-ın Arizona ştatında keçmiş prezident Donald Trampın keçmiş vəkili Rudy Giuliani də daxil olmaqla 18 nəfərə qarşı “2020-ci il prezident seçkilərinin nəticələrinə müdaxilə etməyə cəhd” ittihamı ilə iddia qaldırılıb.


Arizona məhkəməsi 18 nəfərə qarşı "2020-ci il prezident seçkilərinin nəticələrinə müdaxilə etməyə cəhd" ittihamı ilə iddia qaldırıldığını açıqlayıb.

Qeyd edilib ki, sözügedən şəxslər arasında Rudi Culiani ilə yanaşı, Ağ Evin keçmiş Aparat rəhbəri Mark Meadovs da var.

İttihamnamədə Trampın heç bir cinayətdə ittiham olunmadığı, sadəcə cinayət ortağı kimi qeyd edildiyi bildirilib.

Miçiqan, Corciya və Nevadadan sonra Arizona prezident seçkilərinin nəticələrinə müdaxilə ilə bağlı ittiham irəli sürən 4-cü ştat oldu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu