Trampın kürəkəni: "Qayınatam 2020-ci il seçkilərinin "oğurlanmış" olmasına inanır"
ABŞ prezidenti Donald Trampın kürəkəni Jared Kuşner böyük münsiflər heyəti qarşısında deyib ki, qayınatası həqiqətən də 2020-ci il seçkilərinin “oğurlandığına” inanır.
Bu barədə məlumatlı mənbələrə istinadən "New York Times" (NYT) məlumat yayıb.
Bildirilir ki, Kuşner iyun ayında 2020-ci il prezident seçkilərindən sonra hakimiyyətin keçidini pozmaq cəhdində böyük münsiflər heyəti qarşısında ifadə verib. Dindirmə zamanı federal prokurorlar Trampın 2020-ci il seçkilərindən sonra məğlubiyyətini şəxsi olaraq etiraf edib-etmədiyini soruşublar.
Nəşr qeyd edir ki, verilən suallara əsasən, prokurorlar ABŞ-ın keçmiş prezidentinin cinayət niyyəti ilə hərəkət edib-etmədiyini müəyyən etməyə çalışırdılar ki, bu da onların ona qarşı qaldırmağa qərar verdikləri istənilən işi əhəmiyyətli dərəcədə dəstəkləyə bilər.
Kapitoliyə hücum 6 yanvar 2021-ci ildə baş verib. Donald Trampın tərəfdarlarından ibarət izdiham binaya soxularaq ABŞ-da 2020-ci il prezident seçkilərinin nəticələri ilə bağlı iğtişaşlar törədib. İnsident Konqresin səsləri saymaq və Co Baydenin qələbəsini rəsmiləşdirmək üçün toplanan sessiyasını pozub. Beş nəfər ölüb, onlarla insan yaralanıb.
2022-ci ilin dekabrında ABŞ Nümayəndələr Palatasının seçilmiş komitəsi Kapitoliya hücumu ilə bağlı araşdırmanın nəticələrinə dair 845 səhifəlik hesabat dərc etdi.