ABŞ məhkəməsi Trampa qarşı qoyulan "danışmaq" qadağasını ləğv edib


ABŞ-ın federal apellyasiya məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı tətbiq edilən məhdudiyyətləri müvəqqəti olaraq ləğv edib.



Bu barədə Associated Press (AP) məlumat yayıb.

Bu qərar cümə günü, noyabrın 3-də qəbul edilib. Sərəncama əsasən, Trampa 2020-ci il prezident seçkilərinin əsaslı şəkildə dəyişdirilməsi ilə bağlı işdə iştirak edən şahidlər, prokurorlar və məhkəmə rəsmiləri haqqında danışmaq qadağan edilib. Eyni zamanda, hakim vurğulayıb ki, məhdudiyyətlərin götürülməsi heç bir halda Trampın bəyanatının mahiyyəti üzrə qərar kimi şərh edilməməlidir.

İş üzrə baxış noyabrın 20-nə təyin edilib.

Bundan əvvəl hakim Artur Enqoron məhkəmə işçisini tənqid etdiyinə görə Trampı 10 min dollar cərimələyib. Ağ Evin keçmiş rəhbəri jurnalistlərlə söhbətində məhkəmə rəsmisini qərəzli adlandıraraq, məlumatı açıqlamamaq öhdəliyini pozub. Öz növbəsində, Trampın müdafiəsi təkid edir ki, bu şərh siyasətçinin ifadə verən keçmiş vəkili Maykl Kohenə aiddir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu