Kallas: Aİ müharibə şəraitində deyil


Avropa İttifaqı hazırda nə müharibə, nə də sülh şəraitindədir.


AFN.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas deyib. O xatırladıb ki, Amerikanın yeni administrasiyası nisbətən yaxınlarda hakimiyyətə gəlib. "Biz hələ də onların yanaşmasına uyğunlaşırıq, lakin hələ görüləsi çox iş var", - deyə diplomat İspaniya mediasına müsahibəsində deyib.

"Biz Avropada hamımız narahatıq, çünki müharibədə deyilik, amma biz sülh içində də deyilik" - deyə Kallas bildirib. Onun sözlərinə görə, hökumətlər müdafiə xərclərini artırmaq üçün çətin qərarlar qəbul etməlidirlər: "Çünki ehtiyac duyduğumuz zaman bu investisiyaları etmək çox gec olacaq. Rusiya, İran, Şimali Koreya və Çin birgə işləyir, buna görə də demokratik tərəfdaşlarımızla, o cümlədən ABŞ, Kanada, Yaponiya, Cənubi Koreya və Avstraliya ilə əlaqələri gücləndirməliyik, yaxşı olanlarla birləşməliyik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu