NATO Ukraynanı alyansa qoşulmağa dəvət etmək niyyətində deyil


Şimali Atlantika Alyansı iyulda Vaşinqtonda keçiriləcək sammitdə Ukraynaya öz sıralarına qoşulmaq üçün dəvət göndərmək niyyətində deyil, lakin Kiyevə əhəmiyyətli yardım göstərəcək.


Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen deyib.

“Biz Ukraynanın NATO-ya dəvət olunacağını gözləmirik. Lakin bu müharibədə qalib gəlmək üçün çalışırıq”, - deyə Amerikanın xarici siyasət rəsmisi bildirib. O, jurnalistlər üçün xüsusi onlayn brifinqdə ABŞ dövlət katibi Entoni Blinkenin Avropaya gözlənilən səfəri barədə danışıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu