Pentaqonda məxfi sənədlərin sızması ilə bağlı araşdırma aparılır


Pentaqonda məxfi sənədlərin, xüsusilə də Ukraynadakı müharibə ilə bağlı sənədlərin sızması ilə bağlı araşdırmalar davam edir.


AFN.az-ın xəbərinə görə, bu barədə "Reuters" məlumat verib. Pentaqondan verilən məlumatlara görə, ABŞ Müdafiə Nazirliyi daxilində məxfi məlumatların necə və kimə paylana biləcəyi, məlumatlara kimin daxil olduğu yoxlanılır.

"Müdafiə naziri Lloyd Austin ilk dəfə aprelin 6-da sızma ilə bağlı məlumatlandırılıb və aprelin 7-də o, gündəlik olaraq yüksək səviyyəli liderləri müzakirə üçün çağırmağa başlayıb", - deyə Pentaqonun sözçüsü Chris Meagher bildirib. O, əlavə edib ki, sənədlər yüksək vəzifəli şəxsləri təqdim etmək üçün istifadə edilənlərə oxşar formatda görünür, lakin bəzi şəkillərin dəyişdirildiyi də müşahid olunur.

Qeyd edək ki, aprelin 6-da və 9-də media sosial şəbəkələrdə ABŞ və NATO-nun planlaşdırılan əks-hücumdan əvvəl Ukrayna ordusunu qurmaq planlarını təfərrüatlandıran məxfi hərbi sənədlərin sızdırıldığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu