İran Ermənistanı qazla təmin edə bilmir


"Biz Ermənistana gündə 1 milyon kubmetr qaz ixrac edirik, halbuki bu ölkənin tələbatı təxminən 2 milyon kubmetrdir".


AFN.az xəbər verir ki, bunu İranın Türkiyədəki keçmiş səfiri və ticarət nazirinin sabiq müavini Firuz Dövlətabadi İLNA gentliyinə açıqlamasında deyib. "Ermənistan Qafqaz regionunda İran üçün ən önəmli ölkələrdən biridir. Lakin bizim bu ölkəyə 1 milyon kubmetr əlavə qaz verməkdə çətinliyimiz var. İranın şimalındakı neftayırma zavodlarını yanacaqla təmin etmək üçün Azərbaycan Respublikasından gündə ən azı 300-350 min barel xam neft almalıyıq.Türkiyəyə qaz ixracı ilə bağlı müqaviləmiz olsa da, kifayət qədər qazı olmaması səbəbindən ixracı azaltdıq və ya dayandırdıq. Siyasi və geosiyasi baxımdan bu məsələ bizim üçün son dərəcə zərərlidir" - deyə Firuz Dövlətabadi bildirib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu