"Rusiyanın Kiyevə yenidən hücumu gözlənilir" - generaldan açıqlama


“Rusiya qoşunları yaxın zamanlarda Donetsk və Luqansk vilayətlərini bütövlükdə ələ keçirmək niyyətindədir və bundan sonra onlar Kiyevi götürməyə cəhd göstərəcək”.


AFN.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Quru Qoşunları komandanlığı qərargahı rəisinin müavini, general Aleksandr Qruzeviç aprelin 7-də keçirdiyi brifinqdə bildirib.

“Düşmən Donetsk və Luqansk vilayətlərini tamamilə nəzarətə götürməyə cəhd edəcək. Bundan sonra onun yenidən Kiyevə hücum edəcəyi gözlənilir. Rəqib bu məqsəddən əl çəkməyib. təhlükə hələ də qalmaqdadır”, - o vurğulayıb.

A.Qruzeviç deyib ki, hazırda Kiyevdə vəziyyət gərgindir: “Ukrayna hərbçiləri xarici müdafiə dairəsini genişləndirir, rayonlarda təmizlik zamanı diversantları saxlayırlar”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu