İstefa verən vəzifəli şəxslərin yerinə onlar təyin olunacaq - Milli Məclisə təqdimat


Xəbər verdiyimiz kimi, Hesablama Palatasının 4 auditoru eyni vaxtda istefa verib. Onların boş qalan vəzifələrinə Milli Məclisin martın 16-da keçiriləcək plenar iclasında təyinatlar olacaq.[h5][/h5]

AFN xəbər verir ki, "Yeni Sabah” həmin boş qalan yerlərə təyin olunacaq namizəslərdən ikisinin kimliyini öyrənib. Palatadan sayta bildirilib ki, boş qalan 4 vəzifə yerindən ikisinə Vəfa Mütəllimova və Cavid Bayramov təyin olunacaq. Artıq onlarla bağlı lazımı təqdimatlar Milli Məclisə göndərilib.

V. Mütəllimova hazırda Palatada çalışır. O icmal büdcə və strateji təhlil şöbəsinin müdiridir.

C. Bayramov isə palatanın Dövlət büdcəsi gəlirlərinin auditi şöbəsinin müdiridir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu