İki ölkədə koronavirusa yoluxanların sayı kəskin artdı
Küveyt və Bəhreyndə koronavirus infeksiyasına yoluxanların sayı artıb.
“Report” “Al-Arabiya”ya istinadən xəbər verir ki, epidemiyaya yoluxanların sayı Küveytdə 8, Bəhreyndə isə 6 nəfərə çatıb.
Məlumata görə, həm Küveyt, həm də Bəhreyndə infeksiya daşıyıcılarının hamısı İranda olub.
Qeyd edək ki, koronavirus Küveyt və Bəhreyndə ötən gün aşkarlanıb.