Kiril Dmitriyev: Xammal və kənd təsərrüfatında şok yaşanacaq



Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev Hörmüz boğazında baş verən hadisələr səbəbindən xammal və kənd təsərrüfatı sektorlarında şok yaşanacağı barədə xəbərdarlıq edib.

AFN.az xəbər verir ki, eyni zamanda Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri olan Dmitriyev bu barədə "X" sosial media platformasındakı hesabında paylaşım edib.

Qlobal kükürd, karbamid, ammonyak və fosfat ticarətində Hörmüz boğazının kritik rol oynadığına diqqət çəkən Dmitriyev “Gübrə və buna bağlı olaraq kənd təsərrüfatı bazarları Hörmüz boğazından böyük ölçüdə asılıdır. Qarşıdakı dövrdə böyük xammal və kənd təsərrüfatı şokları yaşanacaq”, - deyə bildirib.

Qeyd edək ki, Rusiya qlobal gübrə bazarı daxil olmaqla müxtəlif kənd təsərrüfatı məhsulları üzrə mühüm istehsalçı və ixracatçılardan biridir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu