Zelenski: Trampla Ukraynanın təhlükəsizlik təminatlarını müzakirə etdik


ABŞ prezidenti Donald Trampla görüşün mövzuları Ukrayna üçün təhlükəsizlik təminatları və humanitar məsələlər olub.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Vladimir Zelenski Trampla görüşündən sonra Avropa liderləri ilə toplantıda bildirib.

"Çox yaxşı söhbət oldu. Biz çox həssas məsələlərdən danışdıq. Bunlardan birincisi, təhlükəsizlik zəmanətləridir. ABŞ-ın belə bir siqnal göndərməsi və təhlükəsizlik zəmanəti verməsi çox vacibdir", - deyə o qeyd edib. Zelenski bu zəmanətlərə konkret nələrin daxil olduğunu dəqiqləşdirməyib.

O əlavə edib ki, görüşün digər mövzuları arasında əsirlərin mübadiləsi də var.

"Prezident Trampın təşkil etməyə çalışacağı üçtərəfli görüşdə ərazi və sair bütün həssas məsələləri müzakirə etməyimiz çox vacibdir", - deyə Ukrayna prezidenti bildirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu