Zelenski bu gün Trampla danışacaq


Ukrayna prezidenti Vladimir Zelenski bu gün Amerika lideri Donald Trampla danışacaq.


AFN.az xəbər verir ki, bu barədə Zelenski Finlandiya prezidenti Aleksandr Stubbla keçirdiyi mətbuat konfransında bildirib.

"Bu gün prezident Trampla təmasda olacağam. Onunla bu gün təfərrüatları müzakirə edəcəyik. Komandalarımızın həqiqətən də yaxşı görüşünü keçirdik. Düşünürəm ki, özünü həmişə hər şeydən narazı aparan Rusiya olmasa, hər şey yolunda gedər".

Zelenskinin sözlərinə görə, o, Trampla Rusiyanın Ukraynaya qarşı müharibəsinin həlli üçün növbəti addımların təfərrüatlarını müzakirə edəcək. Dövlət başçısı əlavə edib ki, Trampdan Putinlə söhbətinin təfərrüatlarını eşitməyi gözləyir.

"Bəzi təfərrüatları eşitdim. Komandalarımız axşam və gecə əlaqə saxlayıb, amma mən Trampla birbaşa dialoqum olanda təfərrüatlar barədə danışmaq istərdim. Bundan sonra bəzi məsələlər barədə danışmalıyam. Texniki komandamızı növbəti addımlara göndərməyə hazırıq. Bu görüşün nə vaxt və hansı formatda olacağını bir az sonra deyə bilərəm".

Trampla Zelenski arasında sonuncu dialoq münaqişə ilə yekunlaşıb. Ukrayna prezidenti fevralın 28-də Ağ Evə səfər edib və söhbət zamanı Donald Tramp və ABŞ-ın vitse-prezidenti J.D.Vens Zelenski ilə mübahisə ediblər.

Qeyd edək ki, dünən Trampla Rusiya prezidenti Vladimir Putin arasında 3 saata yaxın çəkən telefon danışığı olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu