İnvestisiya və təhlükəsizlik sahəsində ABŞ-la güclü və faydalı razılaşmaya hazırıq - Zelenski

Ukrayna ABŞ prezidenti Donald Trampla investisiya və təhlükəsizlik üzrə güclü, həqiqətən faydalı razılaşmaya hazırdır.
AFN.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
O, sosial media hesabından verdiyi açıqlamada ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqu Kiyevdə qəbul etdiyini bildirib.
Zelenski cəbhədəki vəziyyəti, ukraynalı məhbusların evlərinə qaytarılmasını və ölkəsinin ehtiyac duyduğu effektiv təhlükəsizlik təminatlarını müzakirə etdiklərini deyib: “Bizim və bütün azad dünya üçün Amerikanın gücünü hiss etmək vacibdir”.
Ukraynanın müharibənin “ilk saniyələrindən” sülhə can atdığını vurğulayan Zelenski deyib: "Ukrayna ABŞ prezidenti Donald Trampla investisiya və təhlükəsizlik üzrə güclü, həqiqətən faydalı razılaşmaya hazırdır. Biz nəticə əldə etməyin ən sürətli və konstruktiv yolunu təklif etdik. Komandamız 7/24 işləməyə hazırdır".