Tramp: Zelenski də Putin kimi sülhə nail olmaq istəyir
![](/uploads/posts/2025-02/5cca2bde9e_tramp6.webp)
ABŞ prezidenti Donald Trampla söhbəti zamanı Vladimir Zelenski sülhə nail olmaq istədiyini bildirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Truth" sosial şəbəkəsində yazıb.
"Mən indicə Ukrayna prezidenti Vladimir Zelenski ilə danışdım. Söhbət çox yaxşı keçdi. O da Rusiya prezidenti Vladimir Putin kimi barışmaq istəyir. Biz müharibə ilə bağlı bir çox mövzuları müzakirə etdik", - deyə Tramp yazıb.
O, daha sonra qeyd edib: "Biz müharibə ilə bağlı bir çox mövzuları müzakirə etdik, lakin əsasən cümə günü Münhendə baş tutacaq görüşdə qərarlar veriləcək. Ümid edirəm ki, bu görüşün nəticələri müsbət olacaq.Kütləvi və tamamilə lazımsız ölüm və dağıntılara səbəb olan bu mənasız müharibəni dayandırmağın vaxtıdır".