Tramp Zelenski ilə Ukraynanın çətinliklərini müzakirə edəcək


ABŞ prezidenti Donald Tramp Vladimir Zelenski ilə Ukraynanın üzləşdiyi “çətinlikləri” müzakirə edəcək.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, bunu NATO-nun baş katibi Mark Rutte ilə alyansın Haaqa sammiti çərçivəsində keçirdiyi görüşdə deyib.



"Biz Zelenski ilə çətinliklərini müzakirə edəcəyik. Düşünürəm ki, münaqişənin həllində irəliləyiş var”, - deyə o, bildirib.



Bundan Tramp jurnalistlərə bildirmişdi ki, Zelenski ilə Şimali Atlantika Alyansının sammiti çərçivəsində görüşməyi planlaşdırır, lakin gələcək görüşün xarakterini dəqiqləşdirməyib. Daha sonra “Politico” qəzeti görüşün iyunun 25-də baş tuta biləcəyini yazıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu