Tramp Zelenskinin Alyaska sammitində iştirakına ehtiyatla yanaşır

ABŞ Prezidenti Donald Tramp avqustun 15-də Alyaskada keçiriləcək Rusiya-ABŞ sammitində Vladimir Zelenskinin iştirakının Ukrayna nizamlanması üzrə danışıqları poza biləcəyindən ehtiyatlanıb.
AFN.az xəbər verir ki, bu barədə The Wall Street Journal mənbələrə istinadla məlumat yayıb.
Bildirirlir ki, əvvəlcə Avropa rəsmiləri Alyaskadakı danışıqlara Avropa və ya Kiyev nümayəndələrinin, o cümlədən NATO Baş katibi Mark Rutte və Zelenskinin qatılmasını istəyib. Lakin 13 avqustda Tramp və Almaniya kansleri Fridrix Mertsin telefon söhbətindən sonra bu tələb geri götürülüb.
Rəsmi şəxslər bildiriblər ki, Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışıqların nəticələrini əvvəlcə Kiyev rəhbərliyinə, sonra isə Avropa liderlərinə çatdırmağa razılaşıb. NBC News isə ABŞ Prezidentinin Zelenski və müttəfiqlərinə danışıqlarda "territorial bölünmə" yox, Ukraynada atəşkəs rejiminin müzakirə ediləcəyini bildirdiyi haqda məlumat yayıb.