Çin Aİ-nin sanksiyalarına sərt cavab verəcək


Çin hakimiyyəti milli şirkətlərin hüquqlarını qorumaq üçün Avropa İttifaqının (Aİ) 18-ci anti-Rusiya sanksiyalar paketinə qətiyyətli tədbirlərlə cavab verəcək.



AFN.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.



"Çin təkid edir ki, Avropa tərəfi Çin müəssisələrini və maliyyə institutlarını sanksiya siyahısına daxil etmək kimi səhv hərəkətlərdən dərhal imtina etsin", - deyə ticarət departamentinin saytında dərc olunmuş bəyanatda vurğulanır. Qeyd edilir ki, Çin Xalq Respublikası lazımi tədbirləri görəcək, Çin şirkətlərinin qanuni hüquq və maraqlarını qətiyyətlə qoruyacaq.



Ticarət Nazirliyi Aİ sanksiyalarının ən yüksək səviyyədə əldə edilmiş qarşılıqlı anlaşma ruhuna zidd olduğuna və Çin ilə Avropa İttifaqı arasında ticarət-iqtisadi münasibətlərə, eləcə də maliyyə əməkdaşlığına ciddi mənfi təsir göstərdiyinə diqqət çəkir. Şərhdə qeyd olunur ki, Çin Xalq Respublikası Brüsselin belə birtərəfli tədbirləri ilə bağlı dəfələrlə Avropa tərəfinə təqdimat verib.



"Çin öz qəti narazılığını və qəti etirazını bildirir. ÇXR ardıcıl olaraq beynəlxalq hüquqda heç bir əsası olmayan və BMT Təhlükəsizlik Şurası tərəfindən sanksiyalaşdırılmamış birtərəfli sanksiyalara qarşı çıxır" - deyə sənəddə qeyd edilir.



Xatırladaq ki, Aİ Şurası dörd Çin şirkətinin - "Zhu Jiang Shipmanagement", "ACE Electronic HK" (Hong Kong Xüsusi İnzibati Bölgəsində qeydiyyatdan keçmiş), "Wuhan Global Sensor Technology" və "Shandong ODES Industry"nin daxil olduğu 18-ci anti-Rusiya sanksiyalar paketinin tətbiqini elan edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu