Çin ABŞ-la bağlı ÜTT-yə şikayət edib


Çin hakimiyyəti ABŞ administrasiyasının birtərəfli hədə-qorxu və məcburetmə siyasətinə cavab olaraq Ümumdünya Ticarət Təşkilatına (ÜTT) növbəti şikayət ərizəsi ilə müraciət edib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.

"ABŞ-ın rüsum tədbirləri birtərəfli zorakılığın və məcburiyyətin tipik təzahürüdür ki, bu da ÜTT qaydalarını, qaydalara əsaslanan çoxtərəfli ticarət sistemini və beynəlxalq iqtisadi və ticarət nizamını pozur", - deyə nazirliyin açıqlamasında qeyd edilir.

Bildirilir ki, Pekin qanuni hüquq və maraqlarını qəti şəkildə müdafiə edəcək, ölkələr arasında iqtisadiyyat və ticarət sahəsində mövcud münasibətlər sistemini qoruyacaq: “Biz ABŞ-ı səhv hərəkətlərini dərhal düzəltməyə və Çinə qarşı bütün birtərəfli tarifləri qaldırmağa çağırırıq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu