Çin ABŞ mallarına 125 faizlik rüsumlar tətbiq etdi


Amerika administrasiyasının proteksionist hərəkətlərinə cavab olaraq Çin aprelin 12-dən etibarən ABŞ mallarına tətbiq edilən rüsumları 84 faizdən 125 faizə qaldırır.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Dövlət Şurasının Tarif Komitəsi məlumat yayıb.

Sənəddə qeyd edilir ki, Vaşinqtonun Çin məhsullarına tətbiq etdiyi son dərəcə yüksək rüsumlar beynəlxalq ticarət və iqtisadi qaydaların, əsas iqtisadi qanunların və sağlam düşüncənin ciddi şəkildə pozulması, tamamilə birtərəfli hədə-qorxu və məcburiyyət hərəkətidir.

"Mövcud rüsumlarla bazarın artıq Çinə tədarük edilən Amerika mallarını qəbul edə bilmədiyini nəzərə alsaq, Çin tərəfi ABŞ-ın Çindən gələn məhsullar üçün rüsumların daha da artırılmasına əhəmiyyət verməyəcək", - deyə bəyanatda vurğulanır. Qeyd olunur ki, Pekin ABŞ-la ticarət-iqtisadi əlaqələrlə bağlı bütün digər məsələləri Dövlət Şurasının Tarif Komitəsinin qəbul etdiyi qərarlara uyğun olaraq həll etmək niyyətindədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu