AK: ABŞ-ın Aİ mallarına rüsum tətbiq etməsi qeyri-qanuni olacaq

ABŞ-ın Avropa mallarına rüsum tətbiq etməsi qeyri-qanuni olacaq, Avropa Birliyi öz maraqlarını qoruyacaq.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) bəyanatında deyilir.
“Avropa İttifaqı və ABŞ-ın transatlantik ticarət və investisiyalar vasitəsilə yaratdığı dərin inteqrasiya olunmuş dəyər zəncirlərini nəzərə alsaq, tariflərin tətbiqi qeyri-qanuni və iqtisadi cəhətdən əks-məhsuldar olar. Avropa bizneslərinin, işçilərinin və istehlakçılarının maraqlarını əsassız tədbirlərdən qorumaq üçün cavab verəcəyik” - deyə sənəddə vurğulanır.